Zurabişvili səs-küylü təxribat hazırlayır - Puşkov
Dünya
1761
15 Dec 2024 | 17:34

Zurabişvili səs-küylü təxribat hazırlayır - Puşkov

Prezident Salome Zurabişvili Gürcüstanda səs-küylü siyasi təxribat hazırlayır.
 
Bunu rusiyalı senator Aleksey Puşkov deyib.
 
“Seçkilər kollegiyasının 300 üzvündən 224-nün səs verdiyi Gürcüstanın seçilmiş prezidenti Mixail Kavelaşviliyə hakimiyyətdən yapışan fransız qadın Salome Zurabişvili qarşı çıxır. Zurabişvili rəqibinin qələbəsini etiraf etmək niyyətində deyil, çünki o, tarixin səbirsizliklə gözləyən zibil qutusuna düşmək istəmir. Zurabişvili ümid edir ki, hakimiyyətin onu tutduğu vəzifədən uzaqlaşdırmaq cəhdləri müxalifətin etirazlarına yeni təkan verəcək. Əslində o, yüksək siyasi təxribat hazırlayır”, - Puşkov bildirib.
Link kopyalandı!
Son xəbərlər