Günün ilk görüşündə qolsuz bərabərlik qeydə alındı
1585
14 Dec 2024 | 16:50

Günün ilk görüşündə qolsuz bərabərlik qeydə alındı

Azərbaycan Premyer Liqasında XVII tura start verilib.
 
Moderator.az xəbər verir ki, ilk oyun günündə "Şamaxı" doğma meydanda "Səbail"lə qarşılaşıb.
 
Şamaxı stadionunda meydançanın qardan təmizlənməsi üzündən startı 20 dəqiqə gecikən matçda hesab açılmayıb.
 
Qolsuz bərabərlikdən sonra "Şamaxı" turnir cədvəlində 14 xalla yeddinci, "Səbail" isə 9 xalla sonuncu - onuncu yerdə qalıb.
 
Qeyd edək ki, günün digər görüşündə "Araz-Naxçıvan" klubu "Sabah"ı qəbul edəcək.
 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər