Dəhşətli qəza - ÖLƏN və yaralanan varxa0
Hadisə
1618
12 Dec 2024 | 09:15

Dəhşətli qəza - ÖLƏN və yaralanan varxa0

Salyanda ölüm və xəsarətlə nəticələnə yol-nəqliyyat hadisəsi olub.
 
Hadisə Salyan-Şirvan avtomobil yolunun Xələc kəndindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, minik avtomobili yolun kənarındakı hasara çırpılıb. Qəza nəticəsində Xələc kənd sakini, 1996-cı il təvəllüdlü Məlikov Seymur Rafiq oğlu hadisə yerində ölüb.
 
Hadisə zamanı həmçinin Xələc kənd sakini, 1997-ci il təvəllüdlü Rəhimov Şəhriyar Rafiq oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
 
Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.//“Report”
 
Link kopyalandı!
Son xəbərlər