Suriya keçid hökumətinin başçısı çağırış etdi - “Geri qayıdın!”
Dünya
1994
11 Dec 2024 | 21:29

Suriya keçid hökumətinin başçısı çağırış etdi - “Geri qayıdın!”

"İnsanlar ədalətsizlik və tiraniyadan bezib, onların normal həyata dönməsi üçün ölkədə təhlükəsizlik və sabitlik bərpa edilməlidir..."
 
Suriyanın müvəqqəti baş naziri Məhəmməd əl-Bəşir bəyan edib ki, 14 illik müharibədən sonra onun ölkəsinə sülh və sabitlik gərəkdir.
 
Moderator.az xəbər verir ki, bu barədə o, İtaliyanın "II Corriere della Sera" qəzetinə müsahibəsində bəyan edib.
 
Baş nazir keçid hökumət qarşısında duran üç əsas vəzifəni açıqlayıb.
 
Birincisi, Suriyanın bütün rayonlarında təhlükəsizlik və sabitliyi bərpa etmək:
 
"İnsanlar ədalətsizlikdən və tiraniyadan yorulub. İnsanların işə qayıtması və normal həyata dönməsi üçün dövlət hakimiyyəti bərpa edilməlidir".
 
İkincisi, milyonlarla suriyalı qaçqını vətənə döndərmək:
 
"Onların insan kapitalı, onların təcrübəsi ölkənin çiçəklənməsinə imkan verəcək. Mən xaricdə olan bütün suriyalılara müraciət edirəm: Suriya indi öz qüruru və ləyaqətinə layiq olan azad ölkədir. Qayıdın! Biz bərpa edilməli, dirçəlməliyik və hər birinizin köməyinə ehtiyacımız var".
 
Üçüncü vəzifəmiz strateji planlaşdırma ilə bağlıdır:
 
"Suriyalılar əsas xidmətlər olan elektrik, çörək və suya çıxışın qeyri-sabit olduğu şəraitdə yaşaya bilməz. Biz keçid hökumətiyik, lakin biz bunun üzərində işə başlamalıyıq.
 
Biz Hələb, Həma və Dəməşqə daxil olanda suriyalıların ikiqat zülmətdə yaşadıqlarını gördük, bu, rejimin yaşatdığı zülmət və elektrik enerjisinin kəsildiyi səbəbindən yaşanan zülmət idi. Bu, tamamilə qəbuledilməzdir".
 
Suriyanın yeni Konstitusiyasının "islamçı" olacağı barədə suala cavabında Məhəmməd əl-Bəşir deyib: "Allahın iznilə biz konstitusion prosesin gedişində bütün bu detalları dəqiqləşdirəcəyik".
 
Xarici siyasətlə bağlı baş nazir bəyan edib ki, hərbi əməliyyatlar başlanandan üsyançılar İraqa, Çinə və bir çoxlarına dövlət çevrilişinin suriyalıların Bəşər Əsəddən xilas olmasına yönəldiyini çatdırmağa çalışıb.
 
"Onlar bizi anladılar. Ona görə də bizim qaniçən Əsəd rejimindən kənarda qalan heç kimlə-nə dövlət, nə partiya və ya partiya qrupları ilə problemimiz yoxdur".
 
Daha sonra qəzetin müxbiri ona birbaşa və konkret sual ünvanlayıb: "Mən düzgün anladımsa, Siz İsrail ilə sülh bağlayıb, İran, "Huzbullah" və Rusiyaya qarşı düşmən münasibətdə olacaqsınız?". Bu sualdan sonra Məhəmməd əl-Bəşir müsahibə üçün minnətdarlıq edib və müsahəsini bitirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər