Sulutəpədə qanunsuz tikili SÖKÜLDÜ 
2085
11 Dec 2024 | 12:14

Sulutəpədə qanunsuz tikili SÖKÜLDÜ 

Bakıda qanunsuz tikili sökülüb.

Bu barədə Moderator.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Sulutəpə qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

 

Link kopyalandı!
Son xəbərlər