Suriya konstitusiyası da dəyişdirilir
Siyasət
2015
11 Dec 2024 | 08:50

Suriya konstitusiyası da dəyişdirilir

Suriyada ölkə konstitusiyasına dəyişiklikləri hazırlamaq üçün xüsusi komitə yaradılacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Suriya müxalifətinin siyasi şöbəsinin nümayəndəsi "Əl-Cəzirə" telekanalına bildirib.
 
Kanalın həmsöhbəti qeyd edib ki, əvvəllər qəbul edilmiş konstitusiyaya baxış keçirmək və ona əlavə və dəyişikliklər etmək üçün konstitusiya komitəsi yaradılacaq.
 
Dekabrın 10-da Məhəmməd Əl-Bəşir Suriyanın müvəqqəti hökumətinin başçısı təyin edilib. Onun sözlərinə görə, yeni hakimiyyət orqanları 2025-ci il martın 1-dək dövlət idarəçiliyi məsələlərinə nəzarət edəcək.
 
Əl-Bəşir vurğulayıb ki, müvəqqəti hökumətin vəzifələrinə təhlükəsizliyə nəzarət, dövlət institutlarının sabitliyini qorumaq və dövlətin dağılmamasını təmin etmək daxildir.
Link kopyalandı!
Son xəbərlər