Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb etdi
İqtisadiyyat
1517
10 Dec 2024 | 15:08

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

Mərkəzi Bank "Conrad" şirkəti barəsində inzibati protokol tərtib edib. 
 
Şirkətə qarşı 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham irəli sürülüb.
 
İşə Sabunçu Rayon Məhkəməsində baxılacaq. 
 
430.4-cü maddəyə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. /Valyuta.az/
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər