Leyla Əliyeva Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutlarında olub
1609
09 Dec 2024 | 18:55

Leyla Əliyeva Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutlarında olub

Dekabrın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunu və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunu (6 saylı doğum evi) ziyarət edib.
 
Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, tibb ocaqlarının fəaliyyəti ilə tanış olan Leyla Əliyeva burada müalicə alan uşaqların valideynləri ilə görüşüb. Səhiyyə naziri Teymur Musayev Heydər Əliyev Fondunun vitse-prezidentinə bu elmi tədqiqat institutlarında yaradılmış şərait barədə məlumat verib.
 
Leyla Əliyeva tərəfindən hər iki tibbi müəssisəsinə yüksəktezlikli süni tənəffüs cihazları, küvəzlər və digər müasir tibbi avadanlıqlar hədiyyə olunub.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər