Ekskluziv
2420
09 Dec 2024 | 08:55

"İran və Rusiyanın Suriyanın işlərinə müdaxiləsi məhdudlaşdırılacaq"- Müxalif lider

Suriya İnqilabçı və Müxalif Qüvvələri Milli Koalisiyasının sədri Hadi Əl-Bəhra prezident Bəşər Əsəd rejiminin devrilməsindən sonra mülki hökumət qurmaq planlarını açıqlayıb.
 
Moderator.az  xəbər verir bu haqda  İspaniyanın "EFE" agentliyi məlumat yayıb. 
 
Əl-Bəhra qeyd edib ki, keçid hökumətinə "HTŞ" və ya digər ekstremist sayılan təşkilatların nümayəndələri daxil edilməyəcək və hökumət mülki olacaq.
 
Qətərin paytaxtı Dohada keçirilən forumda çıxışı zamanı o, “Keçid hökumət orqanının "HTŞ"-dən və ya Xilas hökumətindən ibarət olmayacağına dair razılaşma var”, - deyə bəyan edib.
 
Əl-Bəhra həmçinin bildirib ki, Əsəd rejiminin süqutundan sonra hakim "Bəəs" partiyasını buraxmaq niyyətləri yoxdur. Əvəzində plan, 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra İraqda edilən səhvlərə yol verməmək üçün onu “normal” siyasi qüvvəyə çevirməkdir.
 
"Onları ləğv etsək, təcrid edərik. Əgər təcrid etsək, onlar ekstremist olarlar", - deyə o bildirib.
 
"Məqsəd bölünmüş deyil, birləşmiş Suriyaya sahib olmaqdır", - deyə Əl-Bəhra vurğulayıb.
 
Əl-Bəhra həmçinin əmin edib ki, Əsədin əsas müttəfiqləri olan İran və Rusiyanın Suriyanın işlərinə  müdaxiləsi məhdudlaşdırılacaq.
 
Əl-Bəhranın sözlərinə görə, noyabrın 27-də başlanan əməliyyat uzun illər davam edən hazırlıq, yaxşı planlaşdırılmış əməliyyat və müasir texnologiyaların, xüsusən də Əsədin qoşunlarının yararlanmadığı pilotsuz təyyarələrin istifadəsi sayəsində uğurlu olub. 
 
"Onların isinmək üçün uyğun qış geyimləri yoxdur. Yataqları yoxdur. Hamamları yoxdur. Bəs nə üçün döyüşməlidirlər? Kimin uğrunda? Bizim döyüşçülərimiz isə məcburi köçkünlərdir ki, evlərinə qayıtmaq istəyirlər, ona görə də evlərinə qayıtmaq üçün mübarizə aparırlar", - deyə müxalif Suriya lideri diqqətə çatdırıb.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər