Bakıda yağış yağır - Faktiki hava
Cəmiyyət
1890
09 Dec 2024 | 09:00

Bakıda yağış yağır - Faktiki hava

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir. 
 
Xidmətin rəsmisi Gülnarə Abbasova bildirib ki, düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb. Bu da aylıq normanın 81%-ni təşkil edir. 
 
"Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 09-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir".
Link kopyalandı!
Son xəbərlər