Tramp rəqiblərindən qisas alacaq?
Siyasət
1914
09 Dec 2024 | 08:25

Tramp rəqiblərindən qisas alacaq?

"Rəqiblərimdən qisas almayacağam, qisas almağın ən yaxşı yolu ABŞ-nin uğuru olacaq".
 
Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp "NBC News"a müsahibəsində deyib.
 
"Ölkəmizin uğurlu olmasını istəyirəm, keçmişə qayıtmaq istəmirəm, ABŞ-nin uğuru elə qisas olacaq", - o bildirib.
 
Trampın sözlərinə görə, ona qarşı bir neçə cinayət işinə rəhbərlik etmiş xüsusi prokuror Cek Smit çox rüşvətxordur, ABŞ Konqresinin Nümayəndələr Palatasının 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumu ilə bağlı vəziyyəti araşdıran xüsusi komitəsinin üzvləri isə siyasi cinayətkarlardır. Eyni zamanda, Tramp onlara qarşı cinayət təqibini təşkil etməyəcəyini bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər