Rusiyada güclü zəlzələ oldu
Dünya
1942
08 Dec 2024 | 21:34

Rusiyada güclü zəlzələ oldu

Şimali Kuril adalarının (Rusiya) sahillərində güclü zəlzələ qeydə alınıb.
 
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmoloji stansiyasının rəhbəri Yelena Semyonova məlumat verib.
 
Mütəxəssisin sözlərinə görə, yeraltı təkanların gücü 6,1 bal olub. Təbii fəlakətin episentri Oxot dənizində olub.
 
Semyonovanın sözlərinə görə, zəlzələnin mənbəyi 291 km dərinlikdə və Matua adasından 86 km məsafədə yerləşib.
Link kopyalandı!
Son xəbərlər