Bu şəxslərə RƏSMİ XƏBƏRDARLIQ
Cəmiyyət
1962
08 Dec 2024 | 20:09

Bu şəxslərə RƏSMİ XƏBƏRDARLIQ

Tibbi-meteoroloji proqnoz açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, dekabrın 9-da Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.
 
Xatırladaq ki, hava şəraitinin dəyişikliklərinə əsasən, atmosfer təzyiqinin tərəddüdləri, temperaturun kəskin yüksəlməsi və yaxud aşağı enməsi, güclü şimal küləyinin cənub küləyi ilə əvəz olunması, eyni zamanda hava şəraitinin yağışlı, buludlu və ya çiskinli olması kimi hidrometeoroloji proseslər meteohəssas insanlara öz təsirini göstərir. Meteohəssas insanlar əsasən,ürək-damar və bronxial astma xəstəliklərindən əziyyət çəkən, hidrometeroloji proseslərdə baş verən dəyişikliklərə həssas olan insanlardır. Ürək xəstələri soyuq havalarda küləyə qarşı deyil, küləyə əks gəzməlidirlər. İnfarkt keçirtmisinizsə, tüstülü, çirkli, küləkli soyuq havalarda mümkün qədər çölə çıxmamalı və getməli olsanız mütləq dil altı dərmanı özünüzlə götürməlisiniz.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər