İrandan Suriya ilə bağlı bəyanat...
Dünya
1877
08 Dec 2024 | 19:33

İrandan Suriya ilə bağlı bəyanat...

İran bir daha Suriyanın milli birliyi, suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmağa dair prinsipial mövqeyini xatırladır və Suriyanın gələcəyi və taleyi yalnız bu ölkə vətəndaşlarına məxsus olduğunu vurğulayır.
 
Bu, İran Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında öz əksini tapıb.
 
İran XİN bildirib ki, Suriyada hərbi qarşıdurmalara tez bir zamanda son verilməli, terror aktlarının baş verməsinin qarşısı alınmalı və Suriyanın bütün vətəndaşlarını təmsil edə biləcək hökumətin təşkili istiqamətində bütün qrupların iştirakı ilə milli dialoq başlanmalıdır.
 
İran Xarici İşlər Nazirliyi qeyd edir ki, İran BMT-nin 2254 saylı qətnaməsini rəhbər tutaraq beynəlxalq mexanizmlərdən Suriyada siyasi prosesin izlənməsini dəstəkləyir və BMT ilə konstruktiv əməkdaşlığını davam etdirir.
 
İran XİN əlavə edib ki, öz tarixinin ən təhlükəli dövründə olan Suriyada bütün vətəndaşların, əcnəbi vətəndaşların təhlükəsizliyinin qorunması, eləcə də diplomatik binaların mühafizə olunması önəmli hesab olunur. İran Qərbi Asiyada önəmli və təsiredici ölkə olaraq Suriyanın mövqeyini xüsusi hesab edir və bu ölkədə təhlükəsizlik və stabilliyin bərpa olunmasına kömək etmək üçün heç bir səyini əsirgəməyəcək Bu istiqamətdə bütün tərəflərlə, xüsusilə də region ölkələri ilə məsləhətləşmələrini davam etdirəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər