Suriya müxalifəti Dəməşqi ələ keçirdi
Dünya
1753
08 Dec 2024 | 09:44

Suriya müxalifəti Dəməşqi ələ keçirdi

Suriyada müxalifət qüvvələri paytaxt Dəməşqi ələ keçiriblər.
 
Bu barədə "Əl-Cəzirə" və "Reuters" məlumat yayıb.
 
Məlumata görə, Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. O, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb.
 
Bildirilir ki, Suriya Prezidenti Bəşər Əsəd ölkədəki son hadisələr fonunda paytaxt Dəməşqi tərk edib. Onun təyyarəsi naməlum istiqamətə uçub.
Link kopyalandı!
Son xəbərlər