AFFA rəsmisi
İdman
1625
07 Dec 2024 | 15:17

AFFA rəsmisi "Fənərbağça"nın oyununa təyinat aldı

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan növbəti təyinat alıb.
 
Moderator.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə yerli "Fənərbağça" və İspaniyanın "Atletik" komandaları arasında keçiriləcək Avropa Liqasının VI tur matçında UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
 
Qeyd edək ki, qarşılaşma dekabrın 11-də İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər