2025-ci ildə ən çox dəyər qazanan kriptovalyuta hansı olacaq? 
İqtisadiyyat
2014
07 Dec 2024 | 11:52

2025-ci ildə ən çox dəyər qazanan kriptovalyuta hansı olacaq? 

2024-cü ildə kriptovalyutaların qiymətində böyük artımlar yaşandı, xüsusilə Bitkoinin 100 min dolları keçməsi kriptovalyuta bazarında sıçrayış oldu. Analitiklərin proqnozlarına görə, 2025-ci ildə kriptovalyutaların qiymətində artım gözlənir, amma bu artımın həcmi və istiqaməti müxtəlif faktorlardan asılıdır. Çünki kriptovalyutaların qiymətləri bazar təhlilinə, tənzimləyici qaydalara, texnoloji inkişaflara və qlobal iqtisadi şəraitə görə dəyişir. 2024-cü ildəki yüksək qiymətlər və artım tendensiyaları 2025-ci ildə də davam edə bilər, amma potensial risklər də mövcuddur.
Bəzi mütəxəssislər 2025-ci ildə kriptovalyutaların populyarlığının daha da artacağını proqnozlaşdırır. Bununla belə, dünyanın müxtəlif ölkələrində kriptoya qarşı tənzimləyici addımlar da qiymət dəyişikliklərini təsir edə bilər.
 
 
 
Bəs ən çox hansı kriptovalyutanın bahalaşması gözlənilir?
 
Bu barədə Moderator.az-a danışan   kriptovalyutalar üzrə araşdırmaçı, blokçeyn startapçısı, ATC Launchpad/ ATCP kriptovalyutasının yaradıcısı Ömər Qurbanəli bildirir ki, Bitkoinin qiymətinin bu il üçün 100 min dollar olacağı öncədən proqnozlaşdırılmışdı:
 
"Bitkoinin qiymət artımını stimullaşdıran faktorlardan biri, 11 birja fondunun (ETF) qərarları, həm də Halving hadisəsidir. Halving, mədənçilərin qazandıqları mükafatın azaldılması ilə əlaqəli bir mexanizmdir və bu, Bitkoinin qiymətinin artmasına səbəb olan bir amil olaraq qiymətləndirilir. Halving nəticəsində əvvəlki dövrlərdə Bitkoinin qiyməti qısa zamanda çox yüksək nisbətlərdə artmışdır. Məsələn, bir əvvəlki Halving zamanı Bitkoinin qiyməti 8 qat, bir il ərzində isə 22 qat artmışdı, lakin 69 min dollardan 15 minə düşməsi isə “Ayı sezonu” zamanında olmuşdu. Trampın  yenidən ABŞ prezidenti seçilməsi ilə Bitkoinin bir neçə gün içində 48 min dollardan 100 min dollara çatmasına səbəb oldu.
Bildiyiniz kimi, Bitkoin ilk kriptovalyutadır, "digital qızıldır", ana coindir.  Bütün sektor onunla tanınır və ona görə ayaqdadır. Bitkoin və digər kriptovalyutaların artan qiymətinin səbəblərindən biri də süni intelektin inkişafıdır. Blokçeyn texnologiyası, yalnız kriptovalyutaların əsasını təşkil etməkdə deyil, həm də müasir texnologiyaların inkişafını dəstəkləyir. Süni intellekt və digər qabaqcıl texnologiyalar, kriptovalyuta sektoruna marağı artırmışdır. Bitkoinin arxasında dayanmış blokçeyn texnologiyası, kriptovalyuta dünyasının gələcəyini formalaşdırır və bu texnologiya, müasir dövrün texnoloji dəyişikliklərinə uyğun olaraq özünü göstərir".
 
Ömər Qurbanəlinin sözlərinə görə, Bitkoinin daha da bahalaşmasında medianın da rolu böyükdür:
 
“Məsələn, Tramp “X” şəbəsində BTC- nin 100 min dollar olmasına görə təbrik paylaşıb. Ardı ilə bazarda yaranan boşluqla Bitkoin 104 min dollardan 90 minə düşdü, ancaq qəfl də toparlandı. Görünür, artıq insanların inamını itirmək istəmirlər, çünki irəlidə böyük “Buğa sezonu” və  altcoin rallisi var. Qarşıdan Milad tətili gəlir, Bitkoində bu müddət ərzində qiymətlərdə düşüşlər yaşana bilər. Gözlənilən isə “Altcoin sezonu”nun gəlməsidir. Bu dominatlığın altkoinlərə keçməsi ilə bir çox altkoinin ciddi dəyər qazanması deməkdir. Hər dəfə “Buğa sezonu”nda belə edirlər. Yəni  Bitkoini qaldırıb, sonra altkoinlərə keçid edirlər. Hansı altkoin mövsümə hazırdırsa, medianın diqqətində o  olur.  Gələn ilin birinci yarısı üçün proqnozlar 120K dollardır. Hazırda, Ethereum və süni intelekt proyektlərinin yüksəlişi gözlənilir.  Tramp hakimiyyətə gəldikdən sonar ABŞ  kriptopullar ilə bağlı ciddi qərarlar alacaq və bu gözləniləndir. Çünki hər dörd ildən bir olan Halvingdən bir il sonra buğa olur. Bu da  2025- də olmalıdır. Çox bahalaşmış kriptolara qarşı diqqətli olmaq lazımdı. Dogecoin ötən buğada 70 qat dəyər qazanmışdı, 14 qat dəyər itirdi. Dogecoin bu dəfə isə İlon  Maskın Trampın yanında olması ilə yenidən dünyanın gündəmindədir və artıq qısa zamanda 4,5 qat yüksəlib. Əgər dünyada ciddi müharibələr olmasa, əvvəlkindən daha gözəl bir “Buğa mövsümü” görəcəyik. Hətta, il sonuna Bitkoin 250 K ola bilər. Ancaq bazarı həm də futureslər tənzimləyir, ona görə də dəqiq tarixlər demək olmur və yatırım edərkən riskləri idarə etməyi bacarmaq lazımdı. Borc, kredit, sələm ilə bu sektora girmək doğru deyil. Kriptopullara olunan yatırım sizi narahat etməməlidir ki, buradan uğurlu çıxa biləsiz. "Digital gümüş" hesab edilən Ethereum kriptovalyutasının dəyəri 4000 dolları ötüb. Ümumiyyətlə, Bitkoindən sonra ikinci kripto olan ETH son bir ayda 70% bahalaşıb. Ethereumun bazardakı payı 483 milyard dollarla 13,3%- dır”.
 
Qeyd edək ki, Bitkoin (BTC) və Ethereum (ETH) bu gün də ən böyük bazar payına sahib olan və ən çox tanınan kriptovalyutalardır. Bu kriptovalyutaların gələcəkdə qiymətlərinin artması gözlənilir, çünki onlar həm təcrübəli investorlar, həm də yeni istifadəçilər tərəfindən geniş qəbul edilir.
 
Mehin Mehmanqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər