Rusiya Rumıniyada keçirilən prezident seçkilərinə müdaxilə edib
Dünya
1408
06 Dec 2024 | 22:38

Rusiya Rumıniyada keçirilən prezident seçkilərinə müdaxilə edib

"Rusiya ultrasağ siyasətçi Kelin Geogeskunun xeyrinə sosial şəbəkələrdə geniş kampaniya aparıb..."
 
Rumıniya Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun nəticələrini ləğv edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
 
Bu qərar birinci turda səsvermənin ləğv edilməsi haqqında sorğuların baxıldığı təcili müşavirədən sonra qəbul edilib.
 
"Məhkəmə Konstitusiyanın 146-cı maddəsinin "f" bəndinə əsasən Rumıniya prezidenti seçkilərinə aid olan bütün seçki prosesini ləğv edir", - məhkəmə qərarında deyilir.
 
Qeyd edilir ki, hökumət yeni seçkilərin tarixini təyin edəcək, seçki prosesi tam həcmdə bərpa ediləcək. Məhkəmə öz bəyanatında qeyd edib ki, azad seçki prosedurlarına riayət edilməyib.
 
Məlumdur ki, sorğularda üstü açılmış sənədlər göstərilib, bu sənədlərə görə, rusiyayönümlü namizəd Kelin Georgeskunun seçkiöncəki kampaniyası Rumıniyanın hüdudlarından kənarda aparılan mütəşəkkil manipulyasiyaların nəticəsi olub.
 
Rumıniyada prezident seçkisi - son xəbərlər
 
Xəbər verildiyi kimi, Rumıniya Konstitusiya Məhkəməsi ölkə prezidenti seçkilərinin nəticələrinin tanınması haqqında qərar qəbulunu təxirə salıb. Bəlli olub ki, mühafizəkarların namizədi Kristian Terxes məhkəməyə müraciət edərək səsvermənin nəticələrinin ləğv edilməsini xahiş edib.
 
Qeyd edilir ki, Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrə görə, seçkilərin birinci turunun qalibi Rusiya prezidenti Vladimir Putin rejiminə dəstək verən sağ radikalçı Kelin Georgesku olub və bəyan edib ki, Ukrayna müharibəsinin arxasında "imperialist hərbi-sənaye kompleksi" dayanır.
 
Kelin Geogesku diqqəti çəlb edən təşviqat kampaniyası aparmayıb, teledebatlarda iştirak etməyib, təqdim etdiyi bəyannaməyə görə, pullar xərcləməyib.
 
Sosioloji sorğular göstərib ki, ultrasağ milliyyətçi "Rumınların birləşməsi uğrunda Alyans"ın sabiq üzvü, müstəqil namizədin cəmi bir-neçə faiz səs toplayacağını göstərib.
 
Lakin birinci turdan iki həftə öncə "TikTok" sosial şəbəkəsində ona dəstək verən geniş kampaniya başlanılıb, Rumıniya Kəşfiyyat Xidmətinin məlumatına görə, 25 min akkaunt işə salınıb. 
 
Nəticədə Geogesku təxminən 23 faiz səs toplayıb. "Rumıniyanın Xilası İttifaqı" liberal partiyasından Yelena Laskoni baş nazir sosial-demokrat Marçel Çolakunu üstələyərək 19 faizdən bir qədər çox səs toplayıb. 4-cü yerdə milliyyətçi Corc Simion olub, 14 faizindən az səs toplayıb.
 
Noyabrın 28-də Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasına birinci turun nəticələrini yenidən saymağı tapşırıb, lakin dekabrın 2-də onun nəticələrini təsdiq edib. İkinci turun dekabrın 8-də keçirilməsi nəzərdə tutulub.
 
Sabiq dövlət başçısı Klaus Yohannis kəşfiyyat məlumatlarını açıqlayıb. Bəlli olub ki, Rusiya ultrasağ siyasətçi Kelin Georgeskunun populyarlaşdırılması üçün sosiaş şəbəkələrdə geniş kampaniya aparıb. Məhz o, bir çoxları üçün gözlənilmədən Yelena Laskonini geridə qoyib.
Link kopyalandı!
Son xəbərlər