Suriya parçalanır - Bu şəhər işğal edildi
Dünya
1537
06 Dec 2024 | 22:19

Suriya parçalanır - Bu şəhər işğal edildi

ABŞ-ın dəstəklədiyi kürd Suriya Demokratik Qüvvələri Suriyanın şimal-şərqində hökumətin nəzarətində olan Deyr əz-Zor şəhərini ələ keçirib.
 
 Bu barədə Reuters təhlükəsizlik güclərindəki mənbələrə istinadən məlumat yayıb. Təfərrüatlar verilməyib.
 
Kürd qüvvələrinin komandanı Məzlum Abdi bir gün əvvəl Suriyada vəziyyətin gərginləşməsi ilə əlaqədar Deyr-əz-Zor əyaləti də daxil olmaqla, bir sıra ərazilərdə İslam Dövləti terrorçularının fəallaşmasının müşahidə olunduğunu bildirib.
 
Bu gün səhər saatlarında Əl-Ərəbiyyə telekanalı Suriya qoşunları və İranın proksi qüvvələrinin Suriyanın şərqində silahlıların sürətli hücumu fonunda Deyr əz-Zor və onun ətrafını tərk etdiyini bildirib.(Musavat.com)
Link kopyalandı!
Son xəbərlər