“İsrail heç vaxt istəməz ki, Əsəd hakimiyyətdən getsin...”- Analitik ilginc iddia etdi...
Ekskluziv
1716
06 Dec 2024 | 21:08

“İsrail heç vaxt istəməz ki, Əsəd hakimiyyətdən getsin...”- Analitik ilginc iddia etdi...

“Suriyada gedən oyunun məqsədi ABŞ-nin öz satellitlərinin əliylə Rusiyaya qarşı ikinci cəbhəni açmaq və Rusiyanı Suriyadan çıxarmaqdır. Və yaxud Rusiyanın diqqətini Ukraynadan ayırmaqdır. Bundan əlavə...”
 
“İsrail heç vaxt istəməz ki, Əsəd hakimiyyətdən getsin. Əsədin Holan( yaxud Colan) təpələrinu göz bəbəyi kimi qoruması elə İsrailin qorunmasına bərabərdir. Əgər islamçılar (söhbət həqiqi islamçılarıdan gedir), həmin ərazini ələ keçirərlərsə, onlar İsrailə qarşı “Kərbəla qırğını” törədər - İsrail içməli susuz qalar. Diqqətlə Holan təpələrinin xəritəsinə baxın. Holan göllərini görəcəksiniz. İsrail bu gölləri göz bəbəyi kimi qoruyur. Holan təpələrindəki göllər təmiz su ilə İsrailin, zənnimcə, 6 milyon əhalisini təmin edir”. 
 
Bu maraqlı, həm də ziddiyyətli iddia ilə Moderator.az-a açıqlamasında siyasi nalitik Tahir Cəfərli çıxış edib.
 
“Bir bioloji və ya digər zəhərli mərmi bəs edir ki, bu göllər sıradan çıxarılsın. Və yaxud bir PUA bəs edir ki, İsraili diz üstə qoysunlar. Bəs niyə qoymurlar? Bəs bunu İran və digər ölkələrin “islamçı”ları niyə etmirlər? Çünki hamısı eyni bezin qırağıdır. Suriyada gedən oyunun məqsədi ABŞ-nin öz satellitlərinin əliylə Rusiyaya qarşı ikinci cəbhəni açmaq və Rusiyanı Suriyadan çıxarmaqdır. Və yaxud Rusiyanın diqqətini Ukraynadan ayırmaqdır. Bundan əlavə, Suriyanı ABŞ-İran hərbi poliqonuna çevirməkdir. Çünki Ukrayna cəbhəsində İran silahlarını Rusiya silahları ilə səhv salırdılar. İndi isə İran silahları tamlığı ilə işə düşəcək. Ancaq yenə də Holan təpələrinin arxasında olan gölləri vurmayacaq. Ona görə hesab edirik ki, Suriyada böyük oyun gedir. Oyunu idarə edənlərin əksəriyyətinin yəhudi millətindən olduğunu nəzərə alsaq, qeyd etməliyik ki, Bəşir Əsəd yerində qalacaqdır. Ortaya düşənlərin başında isə Rusiya, ABŞ, NATO və İranın silahları çatlayacaq”, -deyə davamında analitik bildirib.
 
Zəruri arayış:
 
Vikipediya məlumatında Holan təpələri haqda belə deyilir:
 
Colan təpələri (ərəb. هضبة الجولان‎ Haḍbatu 'l-Jawlān və ya مرتفعات الجولان Murtafaʻātu l-Jawlān) və ya Qolan təpələri[5][6] (ivr. ‏רמת הגולן‏‎, Ramat HaGolan (qulaq as)ⓘ) — Suriyanın cənub-qərb, İsrailin şimali-şərq ərazilərində yerləşən təpəlik ərazilər. Qolan platosu adı ilə də tanınan Qolan təpələri Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə yerləşir. Ərazidə zəngin su qaynaqları var. Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş Altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilmişdir. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan etmişdir. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir.
 
25 mart 2019-cu ildə ABŞ İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanıyan ilk dövlət olmuşdur.
 Azərbaycan Milli Ensiklopediyasında ərazi “Holan yüksəklikləri” formasında qeyd edilib.
 
 
Link kopyalandı!
Son xəbərlər