Yeni Azərbaycan dövləti planı iranlı politoloqu dəli etdi
Siyasət
2021
06 Dec 2024 | 08:55

Yeni Azərbaycan dövləti planı iranlı politoloqu dəli etdi

Suriyada baş verən son proseslər fonunda Türkmaneli Respublikasının yaradılması ideyasının aktuallaşması iranlı politoloq, antütürk və antiazərbaycan mövqeyi ilə seçilən Ehsan Müvəhhedianı da narahat edib.
 
Moderator.az axar.az-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
 
Müvəhhedian bildirib ki, Türkiyənin Şimali Suriya və Şimali İraqda “əraziləri işğal edərək” türkman dövləti yaratmağa çalışması Ermənistanı Qərbi Azərbaycana çevirib, Şimali Kipri ​​ələ keçirməyə bənzəyir.
 
“Suriya türkmanları təkfirçilərin cinayətlərinə şərik olan qruplar sırasındadır", - deyə o, Suriya azərbaycanlılarına münasibətini ortaya qoyub.
 
Qeyd edək ki, İranın Suriyada baş verən proseslərə təsir imkanlarının zəifləməsi və hazırda meydanda Türkiyənin söz sahibi olması Tehranı ciddi şəkildə qıcıqlandırmaqdadır.
Link kopyalandı!
Son xəbərlər