Mirzoyandan sülh müqaviləsi açıqlaması: Bu maddələrdə razılığa gəlinib
Siyasət
1726
05 Dec 2024 | 22:51

Mirzoyandan sülh müqaviləsi açıqlaması: Bu maddələrdə razılığa gəlinib

Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətninin preambulasını və 17 maddədən 15-ni razılaşdırıblar.
 
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Maltada ATƏT Nazirlər Şurasının iclasında çıxışı zamanı bildirib.
 
O qeyd edib ki, Ermənistan Bakı ilə münasibətlərin tam normallaşmasına yönəlmiş danışıqlarda konstruktiv iştirakını davam etdirir.
Nazirin sözlərinə görə, iradə olarsa, sənədi tez bir zamanda yekunlaşdırmaq və imzalamaq olar.
 
Xatırladaq ki, dekabrın 4-də parlamentin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sazişin mətninin 90%-nin razılaşdırıldığını bildirib.
Link kopyalandı!
Son xəbərlər