Dünya
1771
05 Dec 2024 | 22:44

"Biz üçüncü nüvə erasının astanasındayıq" - Britaniya Müdafiə Nazirliyinin Baş Qərargah rəisi 

"Nüvə sahəsində perspektivlər öz karyeram boyunca bildiklərimdən daha ziddiyyətli, daha təhlükəlidir..."
 
Dünya yeni nüvə erasına qədəm qoyur, bu, nüvə silahının yayılması və onun tətbiqinə nəzarət qaydalarının, demək olar ki, tamamilə dağılması erası olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, admiral Entoni Radakin bəyan edib. Məlumatı "Sky News" telekanalı yayıb.
 
O, Rusiyanı "taktiki nüvə silahını tətbiq edəcəyi ilə bağlı vəhşicəsinə təhdid etməkdə", habelə "genişmiqyaslı nüvə təlimlərinin keçirilməsi və NATO ölkələrinə qarşı hücumları imitasiya etməkdə" ittiham edib.
 
Radakin həmçinin Çinin nüvə potensialının artırılması, İranın nüvə ambisiyaları və Şimali Koreyanın "qeyri-sabit davranışı ilə" ballistik raketlər proqramına diqqət çəkib. O, vurğulayıb ki, Pxenyan "getdikcə regional və qlobal təhlükə" törətməkdədir.
 
Radakin həmçinin qeyd edib ki, onun işi təhlükəsizlik üçün artan risklər qarşısında  "Britaniya millətinin qətiyyətini möhkəmləndirməkdən" ibarətdir.
 
"Perspektivlər öz karyeram boyunca bildiklərimdən daha ziddiyyətli, daha birmənalı olmayan, daha təhlükəlidir. Bu, nüvə sahəsində özünü daha aydın büruzə verir", - admiral bəyan edib.
 
Onun sözlərinə görə, birinci nüvə erası "soyuq müharibə" dönəmində iki qarşı-qarşıya duran blok arasında olub, onlar nəzarət edilməyən eskalasiya riski və çəkindirmə məntiqini rəhbər tutub. İkinci nüvə erası tərksilah və nüvə silahının yayılmaması üzrə səylərdən ibarət olub.
 
"Biz daha mürəkkəb olan üçüncü nüvə erasının astanasındayıq. Bu era çoxsaylı və paralel dilemmalar, nüvə və dağıdıcı texnologiyalar və əvvəllər mövcud olmuş təhlükəsizlik arxitekturasının tamamilə yox olması ilə müəyyən edilir", - Radakin qeyd edib.
 
Onun sözlərinə görə, məhz buna görə Böyük Britaniyanın daima dənizdə olan nüvə sualtı qayıqları belə həyati əhəmiyyətlidir. "Böyük Britaniyanın nüvə çəkindirməsi qüvvələri Rusiyanın ən çox məlumatlı olduğu və Putinə hər şeydən çox təsir gücünə malik olan arsenalımızın bir hissəsidir", - o, vurğulayıb.
 
Eyni zamanda Radakin ehtiyatla vuğulayıb ki, Böyük Britaniyanın müharibə həddində olduğunu hesab etmir. "Rusiyanın Birləşmiş Krallığa birbaşa hücumu və ya hərbi müdaxiləsinin uzaq ehtimalı mövcuddur. Eyni şeylər NATO-ya da aiddir", - o, deyib.
 
"Rusiya bilir ki, ya konvensiyalı silahla, ya da nüvə silahı tətbiq edilməklə cavab güclü olacaq. NATO-nun çəkindirmə strategiyası işləməkdə davam edir. Lakin bu iş güclü qalmalı və daha təhlükəli  Rusiyada olduğundan daha çox aparılmalıdır", - Radakin vurğulayıb.
 
Öz tərəfindən Almaniya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Bruno Kal, əksinə, hesab edir ki, Rusiya yaxın gələcəkdə NATO ölkələri ərazisinə hücum edə bilər.
 
Xatirladaq ki, noyabrın 19-da Kreml rəhbəri Vladimir Putin Rusiyanın yenilənmiş nüvə dokrinasını təsdiq edib, söhbət Rusiya tərəfindən nüvə silahının tətbiq edilməsi şərtlərinin genişləndirilməsindən gedir.
Link kopyalandı!
Son xəbərlər