Bizi sosial şəbəkələrdən izləyin:
Tiflisdə Gürcüstan parlamenti qarşısında yenidən etiraz aksiyası keçirilir.
Bu barədə "Paper Kartuli" xəbər verib. Qeyd edilir ki, Rustaveli prospektinə toplaşan etirazçılar paytaxtın əsas küçəsində hərəkəti dayandırıblar.
Polis parlament binasına bitişik yollarda cəmləşib.
Etirazlar ardıcıl səkkizinci gündür ki, davam edir. Aksiya iştirakçıları hökumətin Gürcüstanın Avropa İttifaqına üzvlük danışıqlarının başlanması məsələsinin müzakirəsini 2028-ci ilin sonuna qədər təxirə salmaq qərarına etiraz edirlər.