Rusiyada payızlıq taxıl əkinlərinin 37 faizi məhv olub
Dünya
1682
05 Dec 2024 | 20:50

Rusiyada payızlıq taxıl əkinlərinin 37 faizi məhv olub

Rusiyada gələn ilin məhsulu üçün taxıl səpilən sahələrlə bağlı vəziyyət yaxşı deyil.
 
Bunu Rusiya Baş nazirinin müavini Dmitri Patruşev deyib.
 
Onun sözlərinə görə, vəziyyəti kritik də hesab etmək olmaz: “Rusiya Federasiyasının daxili istehlakı üçün ildə 90 milyon ton taxıl lazımdır. Biz bu ehtiyacı mütləq ödəyəcəyik və ixracı davam etdirəcəyik".
 
Roshidromet-in məlumatına görə, 2024-cü ildə payız əkinlərində pis və cücərməmiş vəziyyətdə olan sahələrin payı bir il əvvəlki 4 faizə qarşı 37 faiz təşkil edir. Qənaətbəxş vəziyyətdə olan əkinlərin payı 22 faizdən 32 faizə yüksəlib, yaxşı vəziyyətdə olan isə 74 faizdən 32 faizə düşüb.
Payızlıq taxılın əsas istehsalçıları olan bir sıra rayonlarda bu il payızlıq əkini kəskin quraqlıqla müşayiət olunub. Nəticədə səpilən toxum torpaqda cücərməyərək məhv olub, cücərənlər isə çox zəif inkişaf edib.
 
Qeyd edək ki, Rusiya Azərbaycanın əsas buğda idxalı bazarıdır. İldə bu ölkədən 1,2-1.3 milyon ton buğda idxal edilir. Buna görə də Rusiyada məhsul istehsalının azalması Azərbaycan bazarında buğda və buğda məhsullarının qiymətinə təsirsiz ötüşməyəcək.(musavat.com)
Link kopyalandı!
Son xəbərlər