“Milli-mənəvi dəyərlərimiz ən böyük sərvətimizdir”
Ekskluziv
1852
05 Dec 2024 | 20:22

“Milli-mənəvi dəyərlərimiz ən böyük sərvətimizdir”

Əliməmməd Nuriyev: “Hər kəs, eləcə də vətəndaş cəmiyyəti bu sərvətin qorunmasında aktiv rol oynamalıdır”

 

“Milli-mənəvi dəyərlərimiz bizim ən böyük sərvətimizdir və vətəndaş cəmiyyəti bu sərvətin qorunmasında aktiv rol oynamalıdır”.

 

Bunu Moderator.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, peşəkar hüquqşünas Əliməmməd Nuriyev bildirib. Hüquqşünas qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması xalqımızın milli kimliyinin, özünəməxsusluğunun, daxili gücünün qorunması baxımından mühüm əhəmiyyətə malikdir:

 

“Azərbaycan xalqı hər zaman öz milli-mənəvi dəyərləri ilə diqqət çəkib, bu dəyərlərə çox böyük önəm verib. Ümummilli lider Heydər Əliyev də, Prezident İlham Əliyev də öz çıxışlarında milli-mənəvi dəyərlərə sadiqliyin önəmindən bəhs edib, gənc nəslin də məhz bu ruhda tərbiyəsini vacib hesab edib.

 

Milli-mənəvi dəyərlərin qorunmasında hər kəs, o cümlədən vətəndaş cəmiyyəti aktiv iştirak etməli, öz fəaliyyətini daha da gücləndirməlidir. Biz yalnız öz tarixi keçmişimizə, dyərlərimizə, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqlik fonunda uğurlarımızı inkişaf etdirə, yeni nailiyyətlər əldə edə bilərik. Bu səbəbdən də düşünürəm ki, milli-mənəvi dəyərlərimizin qorunması bu gün olduğu kimi, sabah da ən aktual məsələlərdən biri olaraq qalacaq və öz əhəmiyyətini heç vaxtitirməyəcək”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər