Ali Məhkəmə 65 yaşlı qadına bəraət verdi
1712
05 Dec 2024 | 12:37

Ali Məhkəmə 65 yaşlı qadına bəraət verdi

Ali Məhkəmədə qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Məsumə Qədiməliyevanın barəsindəki hökmdən verilən kassasiya protestinə baxılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə təqsirləndirilən şəxsin vəkili Elşad İsayev bildirib.
 
Onun sözlərinə görə, prokurorun protesti təmin edilməyib, bəraət hökmü qüvvədə saxlanılıb.
 
Qeyd edək ki, 65 yaşlı Məsumə Qədiməliyeva torpaq mübahisəsi zəminində adam döyməktə təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.
 
Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə M.Qədiməliyevaya bəraət verilib.
 
Hökmdən narazı qalan ittiham tərəfi apellyasiya protesti verib. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi bəraət qərarını qüvvədə saxlayıb. /Teleqraf.com/
 
Link kopyalandı!
Son xəbərlər