Bu jurnalist ailəsi ilə birlikdə Xankəndiyə köçdü
Cəmiyyət
1549
04 Dec 2024 | 16:58

Bu jurnalist ailəsi ilə birlikdə Xankəndiyə köçdü

"Mən artıq Xankəndidəyəm. Buraya bir neçə gündür ki, ailəmlə birgə  köçmüşəm".
 
Bu sözləri Sitat.info-ya açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən jurnalist Afət Telmanqızı deyib. 
 
O bildirib ki, media ilə əməkdaşlıq edib Qarabağda gedən quruculuq işlərinin işıqlandırılmasına çalışacaq: "İşim yazılı media, elektron KİV-lə sıx əməkdaşlıq olacaq. Çalışacağam ki mənə göstərilən etimadı doğruldum. Gözəl Qarabağda gedən bütün quruculuq işlərini mediada paylaşaq və göstərək".
 
Qeyd edək ki, buna qədər Afət Telmanqızı Laf TV internet televiziyasının həmtəsisçisi və aparıcısı idi. 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər