Yeni hicab qanunu İranı qarışdıra bilər
2248
03 Dec 2024 | 18:40

Yeni hicab qanunu İranı qarışdıra bilər

"Ötən şənbə günü İran parlamenti uzun mübahisə və müzakirələrdən sonra hicab haqqında yeni qanunu qəbul edib. Hakimiyyətin gözləntisi budur ki, bir neçə layihə içərisindən seçilərək dəfələrlə təkmilləşdirilmiş bu qanun 2022-ci ilin sentyabrında Məhsa Əmininin ölümündən sonra ölkəni bürüyən kütləvi etirazlara təkan vermiş hicab problemini həll edəcək. Amma görünən odur ki, belə olmayacaq".
 
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan yeni süjetdə qeyd olunub.
 
Bildirilib ki, "Hicab və iffət haqqında" yeni qanunun mətni mətbuatda dərc olunan kimi, cəmiyyətin ən müxtəlif təbəqələrinin, o cümlədən bəzi rəsmilərin və din xadimlərinin sərt etirazları, həmçinin kəskin tənqidləri ilə üzləşib.
 
"Əksər tənqidçilər yeni qanunun məcburi hicabla bağlı ölkədə iki ildən artıqdır davam edən gərginliyi aradan qaldırmayacağını, əksinə, vəziyyəti daha da mürəkkəbləşdirərək, İranı qarışdıra biləcəyini vurğulayıblar.
 
İran prezidentinin ictimai hüquq və azadlıqlar üzrə köməkçisi Səkinə Sadatpad dünən ILNA informasiya agentliyinə verdiyi müsahibədə yeni hicab qanununun ölkədə vətəndaş itaətsizliyi ilə nəticələnə biləcəyini açıq şəkildə bildirib, eyni zamanda sözügedən qanunun bəzi maddələrinin İran Konstitusiyasına və şəriətə zidd olduğunu vurğulayıb. İran parlamentinin keçmiş üzvü Təyyibə Siyavəşi məsələyə daha kəskin reaksiya sərgiləyərək, bu qanunun qadınlara müharibə elan etmək mənasını verdiyini bildirib və deyib: "Nəzarət Şurası tərəfindən təsdiqlənmiş bu qanunun icrası mümkün deyil. Belə görünür ki, onların cəmiyyətin içindən xəbərləri yoxdur. Bu qanun yalnız qadınları tənbeh etmək üçün nəzərdə tutulub və İran qadınları üçün qaranlıq bir perspektiv vəd edir", - deyə müəllif bildirib.
 
Ətraflı süjetdə:

Link kopyalandı!
Son xəbərlər