20 dəqiqə ürəyi dayanan, əməliyyat pulu hazır olan gün ölən Xəyyam kim idi? - DOSYE
Cəmiyyət
2209
03 Dec 2024 | 08:59

20 dəqiqə ürəyi dayanan, əməliyyat pulu hazır olan gün ölən Xəyyam kim idi? - DOSYE

Xəbər verdiyimiz kimi, meyxanaçı Xəyyam Əhmədli ötən gecə vəfat etdi.
 
Moderator.az xəbər verir ki, titul.az meyxanaçının bioqrafiyasını hazırlayıb.
 
Sözügedən dosyeni təqdim edirik:
 
Xəyyam Əhmədli 1980-ci ildə Bakının Xətai rayonunda, Əhmədli yaşayış massivində doğulub. O, ailəli olsa da övladı olmayıb. Ali təhsili olmasa da dediyi meyxanlar və yazdığı musiqilər hər zaman ürəklərə yol tapıb.
 
Mərhum meyxanaçını Azərbaycan dinləyicisinə tanıdan, Ordumuzun zabiti Ramil Səfərov Macarıstanda 8 il həbsdə olarkən ona həsr etdiyi "Məmləkətim" və ya ikinci adı ilə "Hələ oğlun salamatdır" adlı bəstəsi oldu. Bu bəstə onu qısa zamanda bütün ölkədə məşhurlaşdırdı.
 
Xəyyam 2018-ci ildə ürəyindən "anju" əməliyyatı olunmuşdu. O, 2023-cü ildə insult keçirib. Söz xiridarı səhhəti ilə əlaqədar uzun müddətdir xəstəxanada da yatıb. Açıqlamalarından birində bildirmişdi ki, uzun zaman əvvəl ürəyinə su yığılıbmış. Buna görə o zaman əməliyyat olunması vacib hesab edilsə də, bu əməliyyat keçirilməmişdi. Bir gün birdən-birə gözü qaralan meyxanaçı huşunu itirir, gözünü xəstəxana divarları arasında açır.
 
Sağalması üçün ona qiyməti 130 min dollar olan aparat lazım idi, ümumilikdə əməliyyat xərcləri ilə birgə bu məbləğin 150 min dollar civarında olduğu bildirilirdi.
 
Avqustdan yataq xəstəsi olan Xəyyam ayağa qalxa, yeriyə bilmirdi, bir ayağı isə tamamilə tutulmuşdu. Meyxanaçı avqustu 18-də kliniki ölüm keçirib, 20 dəqiqə ürəyi dayanıb. Bunu 3 gün sonra bilib.
 
Ürək çatışmazlığı ilə əlaqədar bədəninə də su yığılmışdı.
 
Bir il ərzində xəstəxanada düz 8 dəfə yatan Xəyyam üçün 150 min dollar ötən gün toplandı. Məbləğin çatışmayan təxminən 60 min dolları adı açıqlanmayan bir şəxs tərəfindən qarşılandı.
 
Hər kəs sevincli, hər kəs ümidli olduğu bir vaxtda elə həmin gün gecə saatlarında "Vaxtsız ölmək istəmirəm. Yaşamaq istəyirəm. Dərd varsa çarəsi də var" deyərək hər kəsdən daha çox ümidli görünən Xəyyam Əhmədli 44 yaşında yaşadığı mənzildə vəfat etdi.
Link kopyalandı!
Son xəbərlər