Tramp vəzifəsinə başladıqdan sonra Hanter Baydenin əfvini ləğv edə bilərmi?
Dünya
1707
02 Dec 2024 | 19:24

Tramp vəzifəsinə başladıqdan sonra Hanter Baydenin əfvini ləğv edə bilərmi?

Tramp ABŞ prezidenti vəzifəsinə başladıqdan sonra Hanter Baydenin əfvini ləğv edə bilməyəcək.
 
Oxu.Az-ın "Politico"ya istinadla verdiyi məlumata görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinində 13 il işləmiş hüquqşünas Samuel Morrison bəyan edib.
 
Onun sözlərinə görə, H.Bayden barəsində cinayət işi də yenidən başlana bilməz.
 
Xatırladaq ki, dekabrın 1-də Co Bayden oğlu Hanteri iki cinayət işi üzrə əfv edib. Prezident qeyd edib ki, Hanterin işinə bənzər hallar adətən daha yumşaq tədbirlərlə həll olunur, lakin onun konqresdəki rəqibləri bu ittihamlardan Baydenin prezidentliyinə qarşı istifadə ediblər. O, oğlunun yalnız siyasi təzyiq səbəbindən hədəfə çevrildiyini vurğulayıb. Tramp əfv qərarını kəskin tənqid edərək bunu ədalət mühakiməsinin pozulması və sui-istifadəsi adlandırıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər