Azay Quliyev ATƏT-in tədbirlərində iştirak edəcək
Siyasət
1681
02 Dec 2024 | 17:50

Azay Quliyev ATƏT-in tədbirlərində iştirak edəcək

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Azay Quliyev sabah Maltanın Valetta şəhərinə səfər edəcək.
 
Bu barədəModerator.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Qeyd edilib ki, səfər çərçivəsində deputat ATƏT PA-nın Büro və ATƏT-in Nazirlər Şurasının iclaslarında iştirak edəcək. Tədbirlərdə ATƏT PA-nın fəaliyyəti, prosedur qaydaları və seçkilərin müşahidəsi işi barədə müzakirələr aparılacaq.
 
Səfər dekabrın 6-da başa çatacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər