Ordubadın su və kanalizasiya sistemləri yaxşılaşdırılacaq
Cəmiyyət
1697
02 Dec 2024 | 13:19

Ordubadın su və kanalizasiya sistemləri yaxşılaşdırılacaq

Ordubad rayonunun 8 kəndində su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması ilə bağlı işlərə başlanılır.
 
Moderator.az Trend-ə istinadla xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Su Meliorasiya Xidməti hazırlıqlara başlayıb.
 
Belə ki, rayonun Vənənd, Dəstə, Xanağa, Ağrı, Dizə, Vələver, Başkənd və Qoruqlar kəndlərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması işləri həyata keçiriləcək.
 
Qurum sözügedən işlərin icrasını "Hinal Proje" MMC-yə həvalə edib. Bunun qarşılığında şirkətə 66 080 manat ödəniləcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər