“Neftçi” 20-ci dəfə böyük hesabla məğlub olub
İdman
1678
02 Dec 2024 | 10:10

“Neftçi” 20-ci dəfə böyük hesabla məğlub olub

“Neftçi” Azərbaycan çempionatlarında 20-ci dəfə böyük hesabla məğlub olub.
 
"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XV turuna təsadüf edib.
 
“Ağ-qaralar” öz meydanında “Qarabağ”a 0:3 hesabı ilə uduzub.
 
Qeyd edək ki, 1992-ci ildən ölkə çempionatlarının daimi iştirakçısı olan “Neftçi” 6 dəfə evdə, 14 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə uduzub. İlk belə məğlubiyyət (0:3) 1992-ci il mövsümündə Sumqayıt “Xəzər”i ilə səfər matçına təsadüf edib.
Link kopyalandı!
Son xəbərlər