Tramp dollardan imtina edən BRICS-i təhdid edib: Onların dolları əvəz etməsi ehtimalı yoxdur
Dünya
2016
01 Dec 2024 | 00:25

Tramp dollardan imtina edən BRICS-i təhdid edib: Onların dolları əvəz etməsi ehtimalı yoxdur

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp dollardan imtina etmək istəyən BRICS üzvlərinə meydan oxuyub.
 
Bu barədə siyasətçi sahibi olduğu “Truth Social” sosial şəbəkəsində yazıb
 
“BRICS ölkələrinin biz kənardan baxarkən dollardan uzaqlaşmağa çalışması fikri bitdi. Bu ölkələrdən tələb edirik ki, ya yeni BRICS valyutası yaratmayacaqlarına, ya da güclü ABŞ dollarını əvəz etmək üçün hər hansı başqa valyutanı dəstəkləməyəcəklərinə dair öhdəlik götürsünlər, əks halda 100 % gömrük rüsumları ilə üzləşəcəklər və gözəl ABŞ iqtisadiyyatına satışla vidalaşmalı olacaqlar. Başqa “hərif” tapa bilərlər!”, – o qeyd edib.
 
Respublikaçının fikrincə, təşkilatın “beynəlxalq ticarətdə ABŞ dollarını əvəz etməsi ehtimalı yoxdur”. Onun sözlərinə görə, bunu etmək istəyəcək “hər bir ölkə Amerika ilə vidalaşmalıdır”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər