Vergi ödəməyən sahibkarlar cərimələnəcəklər
İqtisadiyyat
1953
30 Nov 2024 | 23:45

Vergi ödəməyən sahibkarlar cərimələnəcəklər

2025-ci ildən bazarlarda fəaliyyət göstərən sahibkarlardan vergi uçotunda olmaları tələb ediləcək.
 
Yalnız bundan sonra onların fəaliyyətinə icazə veriləcək. Əks təqdirdə bazarların mülkiyyətçiləri və ya idarəçiləri cərimə ediləcək. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulub.
 
Sahibkarlar isə bu qərarla bağlı narazılıqlarını bildiriblər. "Vergi ödəyəndən sonra bizə nə qalacaq? Narkotik satmırıq, başqa şey etmirik. Qanun nəyi tələb edirsə, onu edirik", - deyə onlar söyləyiblər.
 
İqtisadçı Xalid Kərimli bildirib ki, vergi uçotunda dayanmaq sahibkarların müəyyən qədər xərclərini artıracaq prosesdir:
 
"Amma bunun sözügedən məsələyə görə birbaşa qiymət artımına gətirib çıxaracağını demək asan deyil. Bazardakı qiymətlər xərclərdən asılı olsa da, rəqabətdən də ciddi şəkildə asılıdır. Sahibkar artan xərcini iki formada qarşılayır. Birincisi, öz qazancı aşağı düşür, ikincisi isə qiyməti artıra bilir. Qiyməti artırması da bazardakı vəziyyətdən asılıdır. Kiçik sahibkarların hamısında bu problem olacağına görə mümkündür ki, müəyyyən dərəcədə qiymətlərə təsir etsin".
 
Qeyd edək ki, vergi orqanı nəzarət tədbirləri zamanı hər bir uçotsuz sahibkar üçün bazar mülkiyyətçilərinə və ya idarəçilərinə 2 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edəcək. Əgər eyni hal il ərzində təkrar baş verərsə, bu məbləğ 4 000 manat, növbəti dəfə olarsa, 6 000 manat həcmində olacaq. Yenilik kənd təsərrüfatı məhsulları bazarlarında fəaliyyət göstərən sahibkarlara aid edilməyəcək.
 
Ətraflı Baku TV-nin süjetində:

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər