Lavrovun müavini: Rusiya ilə ABŞ arasında qarşılıqlı nüvə zərbəsi təhlükəsi mövcuddur
Dünya
1774
30 Nov 2024 | 18:12

Lavrovun müavini: Rusiya ilə ABŞ arasında qarşılıqlı nüvə zərbəsi təhlükəsi mövcuddur

Rusiya ilə ABŞ arasında qarşılıqlı nüvə zərbələri təhlükəsi mövcuddur, lakin Moskva bunun qarşısını almaq üçün hər cür səy göstərəcək.
 
APA xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
 
O, ABŞ və Rusiya arasında nüvə zərbələri mübadiləsini simulyasiya edən elmi “Youtube” kanalı “Science Time”ın materialını da şərh edib.
 
“Nüvə silahından istifadə ssenariləri ilə bağlı deyilməli olan hər şey bizim tərəfimizdən deyilib, Prezident Vladimir Putin deyib və nüvə silahının qarşısının alınması sahəsində dövlət siyasətinin yenilənmiş çərçivəsində öz əksini tapıb. Bu cür təhlükənin azaldığını söyləmək, həqiqətə qarşı günah etmək olardı. Təəssüf ki, bu təhlükə mövcuddur”, - deyə nazir müavini bildirib.
 
Ryabkov belə bir ssenarini “fəlakət” adlandırıb. “Moskva onun həyata keçirilməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi edəcək, ancaq bu halda hər şey bizdən asılı deyil", - diplomat vurğulayıb.
 
Nazir müavini qeyd edib ki, belə tədbirlərin modelləşdirilməsi ilk dəfə deyil”. “Keçmişdə bu cür hadisələrin nəticələri ilə bağlı kifayət qədər həcmli, o cümlədən peşəkar tədqiqatlar aparılıb. Bu gün vəziyyət son dərəcə mürəkkəb və kəskindir”, - deyə o, yekunlaşdırıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər