13:11
12°C
Bakı
Qastroenteroloq Evgeni Belousov gündəlik çayın təhlükəsiz dozasını açıqlayıb.
Ekspert RIAMO ilə müsahibəsində bu barədə danlşıb. Bildirib ki, çayın orta dərəcədə istehlakı - qara, yaşıl və ya bitki mənşəli - ümumiyyətlə təhlükəsiz hesab olunur və hətta sağlamlıq üçün faydaları ola bilər.
Mütəxəssisin fikrincə, gündə üç-dörd stəkan lazımi miqdarda antioksidant və digər sağlamlıq faydaları əldə etməyə imkan verir.
Qastroenteroloq əlavə edib ki, hipertoniya və ya ürək-damar xəstəliyi olan insanlar tərkibindəki kofeinə görə çay istehlakını məhdudlaşdırmalıdırlar.
Foodinfo.az