Türkiyədə sosial şəbəkəyə yaş məhdudiyyəti qoyula bilər
1726
30 Nov 2024 | 08:05

Türkiyədə sosial şəbəkəyə yaş məhdudiyyəti qoyula bilər

Türkiyədə sosial media platformalarına yaş məhdudiyyəti tətbiq edilə bilər.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu televiziya proqramında açıqlama verib.
“Türkiyədə təxminən 75 milyon insanın sosial media hesabı var. Belə çıxır ki, hər yeni doğulan körpəyə hesab açırıq.
 
Yaşı 16-dan aşağı olanlar sosial şəbəkələrdə hesab açmamalıdırlar. Bununla bağlı bir çox nazirliklərlə görüşür, qurumlarla məsləhətləşirik. Hər şeydən əvvəl zorakılığı təşviq edir. Həmyaşıd zorakılığı var. Hətta, pornoqrafiyanı da əhatə edən məzmun var.
 
Bütün dünyanı izləyirik. 16 yaş bu mənada düzgündür. Düşünürük ki, yaşı 16-dan yuxarı olanlar aça bilməlidir. Sosial media platformalarında üzv olmamaq, oyun oynamamaq kimi kriteriyalar təyin edəcəyik. Qanun qüvvəyə minəndə bununla daha sərt məşğul olacağıq”- , nazir bildirib.
 
Link kopyalandı!
Son xəbərlər