Azərbaycanda pensiya yaşı azaldılacaq? - Komitə sədri cavab verdi
Cəmiyyət
1578
28 Nov 2024 | 12:37

Azərbaycanda pensiya yaşı azaldılacaq? - Komitə sədri cavab verdi

"Heç bir ölkənin gündəmində pensiya yaşının azaldılma məsələsi yoxdur".
 
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə çıxışı zamanı deyib.
 
Komitə sədri bildirib ki, yaxın 10 ilə qədər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dayanıqlılığı təmin olunmamışdı:
 
"200 mindən çox pensiyaçı DSMF hesabına pensiya alır. Çünki onların pensiya kapitalı yox idi. Bundan yumşaq başqa nə yanaşma ola bilər? Pensiya yaşının azaldılması kiminsə istəyinə bağlı olan məsələ deyil". /Report/
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər