Hadisə
1940
27 Nov 2024 | 12:20

"İsti su"da rus turistin meyiti tapıldı

Rusiyalı turistin meyiti Hindistanın dağlıq ərazilərində yerləşən "İsti su" bulağında tapılıb.
 
Moderator.az publika.az-a istinadən xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
 
Kanalın ilkin məlumatına görə, Rusiyadan gələn 45 yaşlı qadın çox uzun müddət suda oturub və təbii qazdan zəhərlənib. Hadisə noyabrın 23-də Qanqananı kəndində baş verib.
 
Qeyd olunur ki, mərhum Rusiya və Litvadan olan dostları ilə birlikdə Hindistana istirahətə gəlibmiş.
 
Hüquq-mühafizə orqanlarında faciə ilə bağlı iki versiya var: zərərli təbii qazdan zəhərlənmə və yaxud infarkt.
Seçilmiş xəbərlər
RU
Moderator
Xəbər lenti
Top xəbərlər
Gün
Həftə
Ay
Yazarlar
Link kopyalandı!
Son xəbərlər
Son xəbərlər