“Xarici borclanma hesabına silahlanma, Ermənistana yaxşı heç nə vəd vermir”
Ekskluziv
389
17:50, Bu gün

“Xarici borclanma hesabına silahlanma, Ermənistana yaxşı heç nə vəd vermir”

Xarici borcu sürətlə artan Ermənistan silahlanma prosesini davam etdirir. Bugünlərdə Ermənistanın Yunanıstandan  S-300 və digər raket kompleksləri alacağı məlum olub ki, bu da rəsmi İrəvanın revanşist niyyətlərdən əl çəkmədiyini göstərir.

 

Maraqlıdır, Ermənistanın borc hesabına silahlanması bu ölkənin yaxın gələcəyinə nə vəd edir? Bu siyasət Ermənistandakı sosial-iqtisadi böhranı daha da dərinləşdirə bilərmi?

 

Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev mövcud tendensiyanın Ermənistan üçün daha ciddi problemlər vəd etdiyini bildirib:

 

“Ermənistanın yenidən silahlanması və yaxud silahlandırılması, regionda gərginliyin artırılmasına xidmət edir. Yunanıstandan S-300 sistemlərinin satın alınması isə, regiona aid olmayan qlobal güclərin maraqlarından irəli gəlir. Düşünürəm ki, həmin sistemlərin Ermənistana verilməsi barədə qərar, kürəsəl aktorlara məxsusdur. Yunanıstan NATO üzvüdür. S-300 Rusiya istehsalı, havadan müdafiə sistemidir(HMS). 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu bu tipli sistemlərin bir neçəsini müvəffəqiyyətlə məhv etmişdir. Rusiya-Ukrayna müharibəsində NATO üzvü, bir sıra Şərqi Avropa ölkələrinin silahlı qüvvələrinin balansında olan keçmiş SSRİ istehsalı silahlar Ukraynaya verilmişdir. Belə demək mümkünsə, sovet istehsallı silahların utilizasiyası aparılmış, əksəriyyəti Amerika və Qərb silahları ilə əvəzlənmişdir. Yunanıstanla Ermənistanın anlaşması da eyni xarakterli məsələdir.

Xarici borclanma hesabına silahlanma, Ermənistana yaxşı heç nə vəd vermir. Əksinə, qarşı tərəfdə Azərbaycanda, eyni zamanda qardaş Türkiyədə bu ölkəyə qarşı inamsızlıq yaradır. Ermənistan silahlanmaya yox, sülhün əldə olunmasına, münasibətlərin normallaşmasına çalışmalıdır. Silahlanmanın Ermənistanda sosial-iqtisadi böhrana gətirməsinə gəldikdə isə, onsuz da, müharibədən keçən dövürdə böhran səngiməmişdir. Siyasətdə köklü dəyişiklik edilməzsə, böhran dərinləşə bilər”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər