Ekskluziv
280
12:28, Bu gün

"Avropa İttifaqı təhlükədədir, geosiyasi vəziyyətimiz pisləşir" - Jozep Borrel

 
"Putinin Ukraynaya qarşı təcavüzü Avropa İttifaqında bir çoxlarını yuxudan oyadıb, amma hələ hamı yataqdan qalxmayıb..."
 
Avropada o cümlədən Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən geosiyasi vəziyyət pisləşir.
 
Moderator.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel bəyan edib. Məlumatı "gordonua.com" nəşri yayıb.
 
"Avropa təhlükədədir. Bizim geosiyasi vəziyyətimiz pisləşir, münaqişələr və böhranlar isə qapımızın ağzında, Ukraynadan Yaxın Şərqədək, Cənubi Qafqaz, Afrika və ya Saheldən keçərək Yaxın Şərqədək artmaqdadır. Unuduruq ki, bundan sonra iqtisadiyyatımız üçün ciddi potensial nəticələr olacaq, Cənub-Çin dənizində gərginlik artacaq. Bütün bunlar ABŞ-ın Avropa təhlükəsizliyi ilə bağlı öhdəliklərinin getdikcə daha da qeyri-müəyyənliyi fonunda baş verir", - o, bəyan edib.
 
Rusiya təcacüzü haqqında danışarkən Borrel vurğulayıb ki, Avropa İttifaqı Ukraynaya maliyyə, humanitar və hərbi dəstək göstərməkdə davam edəcək.
 
"Mən artıq dəfələrlə demişəm: Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi Avropa üçün ekzistensial təhlükədir. Əgər Vladimir Putin Rusiyası Ukraynada qalib gələrsə, o, mütləq, xüsusilə Avropada digər qonşularına qarşı öz imperiya siyasətini davam etdirəcək. Biz artıq bu aqressiv siyasətin nəticələrini Gürcüstan və Moldovada görmüşük", - Borrel hesab edir.
 
Onun sözlərinə görə, əgər Avropa İttifaqı Ukraynaya öz suverenliyini müdafiə etməyə kömək edə bilməsə, "qaydalara əsaslanan bütün dünya düzəni dağılacaq".
 
"Avropada bir çoxları, heç şübhəsiz, Putinin Ukraynaya qarşı təcavüzündən yuxudan oyanıb, amma hələ hamı yataqdan qalxmayıb. Lakin Birləşmiş Ştatların təkcə Ukraynanın deyil, bütövlükdə Avropanın təhlükəsizliyi ilə bağlı Donald Trampın yenidən seçilməsi səbəbindən gələcəkdə öhdəliklərinin qeyri-müəyyən olması ilə əlaqədar olaraq bunu indi etmək daha da zəruridir. Bizim seçim etmək imkanımız yoxdur, bizim öz təhlükəsizliyimizi təmin etmək iqtidarında olmağımız son dərəcə vacibdir", - Borrel bəyan edib.
 
O, hesab edir ki, Avropa İttifaqının rifahı və gələcəyi "Orta Qərbdə hər dörd ildən bir Amerika seçicilərinin əhval-ruhiyyəsindən asılı olmaqda davam edə bilməz" və 1989-cu ildə Berlin divarının süqutundan sonra illərlə "sakit tərksilah" səbəbindən "xeyli zəifləmiş" Avropa İttifaqının müdafiə sənayesinin "canlandırılmasının" zəruri olduğunu vurğulayıb.
 
"Avropa İttifaqı müdafiə alyansı kimi yaradılmayıb, lakin o, dənizdə təhlükəsizlik, kibertəhlükələr və ya xaricdən informasiya manipulyasiyası və müdaxilələr sahəsində qlobal tərəfdaş olmalıdır", - Borrel vurğulayıb.
 
Xatırladaq ki, 2016-cı ilin oktyabrında NATO baş katibi Yens Stoltenberq Avropa İttifaqı ordusunun yaradılmasını istisna edib. 
 
2018-ci ilin mayında Avropa Parlamentinin o zamankı prezidenti Antonio Tayani "uzunmüddətli perspektivdə" Avropa İttifaqının müxtəlif ölkələrinin 27 ordusundan ibarət vahid ordusunun yaradılmasını zəruri hesab edib.
 
2024-cü ilin sentyabrında Rusiyanın Ukraynaya qarşı tammiyaslı hərbi müdaxiləsinin üçüncü ilində Avropa İttifaqının tarixdə ilk dəfə olaraq müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyus deyib ki, Avropa İttifaqı öz müdafiəsini tez bir zamanda gücləndirməlidir, çünki Rusiya 6-8 ildən sonra NATO və Avropa İttifaqı ilə qarşıdurmaya hazır ola bilər.
Link kopyalandı!
Son xəbərlər