Naxçıvanda zəncirvari QƏZA: 5 avtomobil toqquşub, 1 nəfər xəsarət alıb
Hadisə
2138
24 Nov 2024 | 18:30

Naxçıvanda zəncirvari QƏZA: 5 avtomobil toqquşub, 1 nəfər xəsarət alıb

Naxçıvan şəhərində zəncirvari qəza olub, 5 avtomobil toqquşub.
 
Şəhərin İstiqlal küçəsində qeydə alınan qəza zamanı "BMW", "Mercedes-Benz", KIA və 2 "Hyundai" markalı avtomobil toqquşub.
 
Qəzada Naxçıvan şəhəri, Tumbul kənd sakini, 2008-ci il təvəllüdlü Çinarə Elçin qızı Abdullayeva xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsini yerləşdirilib.
 
Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər