Maduro yeni hərəkatın yaradıldığını elan etdi
Dünya
2521
24 Nov 2024 | 12:44

Maduro yeni hərəkatın yaradıldığını elan etdi

Venesuela prezidenti Nikolas Maduro antifaşist tələbə hərəkatının yaradılmasını elan edib.
 
Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Karakasda keçirilən Ümumdünya Antifaşist Gənclər və Tələbələr Konqresinin bağlanışında danışıb.
 
"Sizi təbrik edirəm, çünki bu gün Venesuelada dünyanın böyük bir gənc və tələbə antifaşist hərəkatı doğulur", - Maduro konqres nümayəndələrinə müraciət edib.
 
O qeyd edib ki, mərkəzi Karakasda cəmlənmiş antifaşist hərəkatı "yeni dünya qurmaq üçün gənclərin və xalqların birləşməsinə səbəb olmalıdır".
Link kopyalandı!
Son xəbərlər