Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
Cəmiyyət
1975
23 Nov 2024 | 16:47

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Noyabrın 24-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, Kəlbəcər, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Gədəbəy, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Quba, Xızıda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
 
Xaçmaz, Şabran, Siyəzən, Qusarda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.
 
Telegram
Dəqiq xəbəri bizdən alın! Hadisələri anında izləyin!
Keçid et
Link kopyalandı!
Son xəbərlər