Millimizə 4 qol vuran futbolçu nə dedi?
İdman
1739
20 Nov 2024 | 13:30

Millimizə 4 qol vuran futbolçu nə dedi?

UEFA Millətlər Liqasının 6-cı turunda Azərbaycan millisi ilə keçirilən oyunda poker edən İsveç millisinin üzvü Viktor Qyökereş matçdan sonra fikirlərini bölüşüb. 
 
"Sportinq"in hücumçusu 6:0 hesablı qələbəni şərh edərkən bildirib ki, qol vurmaqdan həzz alır:
 
"Bu, olduqca sadədir. Qol vurmaq olduqca xoşdur. Təbii ki, bundan həzz alırsınız. Amma oyun çoxdur və eyni ruhda davam etməliyik. Hər şey çox yaxşı getsə də, artıq baş verənlərlə yaşamamağa çalışıram. Millətlər Liqasının bombardiri oldum? Bunu qazanmaq həmişə xoşdur".
 
Qeyd edək ki, Qyökereş matçın 26, 37, 59 və 70-ci dəqiqələrində qol vurub. (qol.az)
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər