Zaur Mikayılov Dmitriy Kirillovla görüşdü
2675
19 Nov 2024 | 17:32

Zaur Mikayılov Dmitriy Kirillovla görüşdü

COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Rusiya Federasiyasının Su Ehtiyatları Agentliyinin sədri Dmitriy Kirillov arasında yüksəksəviyyəli ikitərəfli görüş keçirilib.

Moderator.az xəbər verir ki, görüşdə qlobal iqlim dəyişikliyinin təsirləri, transsərhəd su ehtiyatlarının idarə olunmasında tərəfdaşlığın vacibliyi, həmçinin Xəzər dənizindəki ekoloji problemlərin həlli ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər regional əməkdaşlığın gücləndirilməsi, innovativ həllərin inkişafı, birgə su ehtiyatlarının davamlı istifadəsini və qorunmasını təmin etmək üçün bilik mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, bu görüş hər iki ölkənin davamlı su idarəçiliyini inkişaf etdirmək öhdəliyini bir daha nümayiş etdirir.

 

Youtube
Dəqiq xəbəri bizdən alın! Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər