Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Kriminal
2343
18 Nov 2024 | 20:40

Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. 
 
Hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. 
 
Orada cəza çəkən məhkum Ərəstun Ərəbov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.
 
Qeyd edək ki, Ərəstun Ərəbov qətl törətməkdə təqsirli bilinir. 
 
Belə ki, 2018-ci ilin iyul ayında Bakıda Ə.Ərəbov iş yoldaşı, Laçın rayonundan olan məcburi köçkün, 1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlunu küt alətlə vuraraq qətlə yetirib.
 
Ə.Ərəbovun dediyinə görə, mərhumu söyüş söydüyü üçün vurub.
 
Qətlə yetirilən Q.Hüseynov üç gün sonra hərbi xidmətə gedəcəkmiş. (lent.az)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər