Bütün işlərini günəş panelindən istifadə edərək görən fermer
2424
18 Nov 2024 | 17:36

Bütün işlərini günəş panelindən istifadə edərək görən fermer

Qusarda yaşayan fermer Bəhruz Şıxbalayev elektriklə işləyən avadanlıqlar üçün günəş enerjisindən istifadə edir.
 
Onun sözlərinə görə, artıq 5 ildir ki, təsərrüfatında günəş paneli quraşdırıb:
 
"Rayonun Aşağı Ləgər kəndində yaşayıram. Təsərrüfatım kənddən dörd km uzaqlıqda yerləşir. Yaxınlıqda elektrik xətti olmadığı üçün generatordan istifadə edirdim. O, səmərəli deyildi. Buna görə də günəş panelləri quraşdırmaq qərarına gəldim".
 
Fermer qeyd edib ki, təsərrüfatda görülən işlərlə yanaşı, evin, o cümlədən həyətin işıqlandırılması, eləcə də müşahidə kameralarının işləməsi günəş enerjisi ilə təmin edilir.
 
B.Şıxbalayev vurğulayıb ki, günəş panelləri həm sərfəli, həm də ekoloji cəhətdən təmizdir.
 
Daha ətraflı Baku TV-nin materialında:

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər